Ermənistanın sabiq müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan hazırda İstintaq Komitəsində dindirilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, Ohanyan barəsində başlanmış cinayət işi çərçivəsində dindirilməyə çağırılıb.
Parlament iyulun 7-də Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib. Onun həbs ediləcəyi güman olunur.