Musavat.com xəbər verir ki, Ermənistan məhkəməsi sabiq müdafiə naziri, müxalifət lideri Seyran Ohanyan və keçmiş maliyyə naziri Artsvik Minasyan barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib.
Məlumata görə, məhkəmə onların ölkədən çıxmamaq barədə iltizam verməsinə qərar verib.
Bu o deməkdir ki, Ohanyan və Minasyan istintaq müddətində Ermənistanı tərk edə bilməyəcəklər. Qeyd edək ki, hər iki şəxsə qarşı korrupsiya və vəzifədən sui-istifadə iddiaları ilə bağlı cinayət işi aparılır.
Musavat.com