AZ

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-dədavam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, AnarRzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıqməhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilənşəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsiüçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərinhüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Sonra Z.Ağayev bildirib ki, təqsirləndirilən Ruben Vardanyanınötən iclasda verdiyi vəsatətlə bağlı cinayət işinin materiallarınəzərdən keçirilib. Qeyd edib ki, məhkəmə onun və müdafiəçisininverdiyi bütün vəsatətləri qiymətləndirib.

Ardınca Ruben Vardanyan məhkəməyə müraciət edib. Bildirib ki,daha əvvəl məhkəmə kollegiyası iclas protokolları ilə tanış olmaqüçün ona və müdafiəçisinə şərait yaradıb. Hazırda isə məhkəməhazırlıq iclasında qəbul edilmiş və protokollarda öz əksini tapmışqərarlarla tanış olmaq istəyirlər. Bundan başqa, müdafiə tərəfimüxtəlif tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərintəmin olunmasına dair qərarlardan çıxarışın da onlara təqdimolunmasını xahiş edib.

Vəkil Avraam Berman təqsirləndirilən şəxsin müraciətini müdafiəedib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədəktəqsirləndirilən şəxs və onun müdafiəçisinə istədikləri sənədlərlətanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılıb, əvvəl olduğukimi, yenə də şərait yaradılacaq.

Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıqsiyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərərçəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadəveriblər.

Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi qismində ifadəverən Sabir Lətifov deyib ki, onun qardaşı Ermənistan silahlıqüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinintörətdiyi təxribat nəticəsində həlak olub.

Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənovövladının Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılmış atəşnəticəsində həyatını itirdiyini bildirib.

Zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi qismində tanınaraqdindirilən Asif Şükürov qeyd edib ki, ki, Ş.Həmidov Ağdərərayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən açılanatəş nəticəsində həlak olub.

Zərərçəkmiş Bəhruz Rüstəmlinin hüquqi varisi Mövlam Rüstəmliifadəsində qardaşının Xocalı rayonu istiqamətində düşmənin açdığıatəş nəticəsində qəlpə yaralarından öldüyünü bildirib.

Zərərçəkmiş Kamal Qasımovun hüquqi varisi Sevinc Qasımovaoğlunun Xankəndi şəhəri istiqamətində Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindənaçılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib.

Zərərçəkmiş Pərviz Hünbətov ifadəsində deyib ki, Ağdam rayonununXanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatanmərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısıFuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs diqqətəçatdırıb ki, hadisə zamanı Sadiq Qəhrəmanov həlak olub, RaminOsmanov və Aqil Quliyev isə müxtəlif növ bədən xəsarətlərialıblar.

Məhkəmədə ifadə verən Elmir Qasımov isə dövlət ittihamçısı VüsalAbdullayevin sualına cavabında qeyd edib ki, o, Şuşa istiqamətindəErmənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni ermənisilahlı dəstələrinin atdığı minaatan mərmisinin yanına düşərəkpartlaması nəticəsində sağ çiyin, sol ayaq, baş və bədənin müxtəlifnahiyələrindən çoxsaylı qəlpə xəsarətləri alıb.

Məhəmməd Mahmudov ifadəsində Xocavənd rayonu ərazisindən açılmışatəş nəticəsində kürəyindən xəsarət aldığını vurğulayıb.

Zərərçəkmiş Vəli Balabəyli ifadəsində Ağdərə rayonunun Canyataqkəndi istiqamətində atılmış artilleriya mərmisinin yaxınlığınadüşərək partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlətittihamçısı Nəsir Bayramovun suallarını cavablandırarkən hadisəzamanı yanında olan daha iki nəfərin yaralandığını söyləyib.

Məhkəmədə ifadə verən Məhəmməd Kərimov isə Xocalı istiqamətindədüşmənin snayperdən açdığı atəş nəticəsində boğaz nahiyəsindənyaralandığını, bir neçə şəxsin isə həlak olduğunu bildirib. Başprokurorun böyük köməkçisi Vüsal ƏIiyevin sualına cavabında diqqətəçatdırıb ki, həmin vaxt düşmən ərazilərimizi iriçaplı silahlarlaatəşə tutub.

Zərərçəkmiş Namiq Atakişiyev Baş prokurorun xüsusi tapşırıqlarüzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında vurğulayıb ki, o,Ağdam istiqamətində atılmış mərminin yaxınlığına düşüb partlamasınəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Oruc Məmmədov Xocavənd rayonu ərazisində atılanartilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsindəxəsarət aldığını söyləyib.

Digər zərərçəkmiş Amin Cavadov isə ifadəsində qeyd edib ki,Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılanartilleriya mərmisinin içərisində olduğu maşının üzərinə düşərəkpartlaması nəticəsində xəsarət alıb. O, dövlət ittihamçısı TəranəMəmmədovanın suallarını cavablandırarkən hadisə zamanı TuralAğcabəyov və Mirpaşa Mehdizadənin həlak olduğunu, özündən başqadaha dörd nəfərin isə yaralandığını söyləyib.

Zərərçəkmiş Etibar Hüseyinli ifadəsində deyib ki, Cəbrayılrayonunun Əmirvarlı kəndinin ərazisində yerləşən əkin sahəsindəpiyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Zərərçəkmiş Pərviz Qənbərov bildirib ki, Şuşa rayonunun Xəlfəlikəndində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlamasınəticəsində o, Rəşad Əliyev və Rəhim Nəsirov müxtəlif növ bədənxəsarətləri alıblar.

Zərərçəkmiş şəxs Mərkəz Sadıqov qeyd edib ki, Ermənistanordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələritərəfindən atılan artilleriya mərmilərindən biri onun təxminən 7-8metr yaxınlığına düşərək partlayıb və nəticədə çoxsaylı xəsarətləralıb.

Zərərçəkmiş şəxs Valeh İbrəhimov deyib ki, düşmən tərəfindənatılmış “Faqot” tank əleyhinə idarə olunan raketin yaxınlığındapartlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpəyaraları alıb.

Araz Usubov ifadəsində Xocavənd rayon ərazisində düşməntərəfindən atılmış mərminin partlaması nəticəsində ayaqlarından vəboynundan çoxsaylı qəlpə xəsarətləri aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş Etibar Səfərov Kəlbəcər rayonunun ərazisindəErmənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlıdəstələri tərəfindən atılan minaatan mərmisinin partlamasınəticəsində xəsarət alığını söyləyib.

Orxan Kərəmli ifadəsində Ağdərə rayonu ərazisindən atılanminaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsindəxəsarət aldığını deyib.

Zərərçəkmiş Vasif Yusupov Kəlbəcər rayonunda düşmən tərəfindənaçılmış artilleriya atəşi nəticəsində yaralandığını bildirib.

Etibar Baxışov isə Ağdərə istiqamətində Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindənatılan mərminin partlaması nəticəsində qəlpə xəsarəti aldığını qeydedib.

Bəhruz Nəzərov ifadəsində bildirib ki, Zəngilan rayonunda düşməntərəfindən atılmış mərminin partlaması nəticəsində yaralanıb.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Ruben
Məqalədə:
Seçilən
153
29
az.trend.az

10Mənbələr