AZ

Qəzada ölən Jotanın sərvəti açıqlandı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Keçən həftə İspaniyada avtomobil qəzasında vəfat edən 28 yaşlı futbolçu Dioqo Jotanın sərvəti açıqlanıb. 

"Unikal" xəbər verir ki, mərhum "Liverpul"un hücumçusu ailəsinə 35 milyon funt-sterlinqə qədər miras qoyub. 

Bildirilir ki, miras Jotanının həyat yoldaşı Rute və onların 4 yaşlı Dinis, 2 yaşlı Duarte və 8 aylıq Mafalda adlı övladları arasında bölüşdürüləcək.  2018-ci ildən Premyer Liqada çıxış edən Jota futbol, reklam və biznesdən böyük gəlir əldə etmişdi.

Xatırladaq ki, 28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib. D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı, Portuqaliya klubu “Penafiel”də çıxş edən Andre Silva da avtomobildə olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
4
unikal.az

5Mənbələr