"Sabah" futbol komandasının iddialı olması baş məşqçi Valdas Dambrauskası cəlb edib.
Publika.az xəbər verir ki, bunu litvalı mütəxəssis mətbuat konfransında deyib.
O, Bakı təmsilçisinin təklifini qəbul etməsi ilə bağlı danışıb:
"Bəzən belə anlarda çox tez qərar verməlisən. "Sabah"ın çox iddialı olması qərarıma təsir etdi. 8 il ərzində uğurlar əldə ediblər. Həmişə yuxarı pillələr üçün mübarizə aparırlar. Klubun iddiası məni cəlb etdi"