Bakı. Trend:
Fransada yoxsulluq səviyyəsi rekord həddə çatıb və təxminən 10milyon insana təsir edir.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə Statistika və İqtisadi TəhlilMilli İnstitutu (İNSEE) məlumat yayıb.
Məlumata görə, azaldılmış yardım və hər zaman inflyasiyaya uyğungəlməyən maaşlar bu vəziyyətə səbəb olan amillərdəndir.Fransızların həyat səviyyəsi ilə bağlı bu araşdırmada statistikgöstəricilər diqqəti cəlb edir.
Qeyd edilir ki, Fransada əhalinin 15 faizdən çoxu yoxsulluqhəddindən aşağı səviyyədə yaşayır, yəni ayda 1288 avro alır.2023-cü ildə bu, əsasən işsiz, eyni zamanda uşaqlar da daxilolmaqla, tək valideynli ailələrdən ibarət 10 milyona yaxın fransızıəhatə edirdi.