AZ

Bakıda yerləşən bağçada nöqsanlar aşkarlanıb

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. 

Operativ Media xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. 

Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılır.

Seçilən
25
11
operativmedia.az

10Mənbələr