AZ

Qarabağda qalma müddəti artırıldıVİDEO

İşğaldan azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq. Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün "Yolumuz Qarabağa" portalından əldə olunan icazənin müddəti artırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, artıq işğaldan azad edilmiş bir çox rayonlara icazə alıb, rahat getmək mümkün olacaq.

Fərdi minik avtomobillərini idarə edən şəxslər "Yolumuz Qarabağa" portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.

Vətəndaşlar, həmçinin "Yolumuz Qarabağa" portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
44
xezerxeber.az

10Mənbələr