ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ilə Amerika Prezidenti Donald Tramp gün ərzində daha bir görüş keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Netanyahunun ofisindəki mənbənin sözlərinə görə, görüşün iyulun 8-i axşam saatlarında keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Netanyahu iyulun 7-də Vaşinqtona gəlib. Həmin axşam o, Trampla ilk görüşünü keçirib. “The Times of Israel” qeyd edir ki, iki lider arasında söhbət, İsrail rəsmilərinin fikrincə, çox müsbət və dostluq atmosferində keçib.