AZ

Polisin təqibindən qaçan gənc sürücü qəza törətdi – 1 ölü, 6 yaralı - FOTO

Sürücülük vəsiqəsi olmayan gənc təqibdən qaçarkən ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 8-də Rusiyanın Rostov şəhərində baş verib.

Belə ki, saat 03:00 radələrində şəhərin Çaltır kəndi ərazisində xidmət aparan yol polis əməkdaşları “Toyota Camry” markalı avtomobilə “Saxla” əmrini veriblər. Lakin əmrə tabe olmayan sürücü yayınmağa çalışıb. Təqib zamanı “Toyota”nın sahibi işıqforun qırmızı işığından keçərək 1980-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mitsubishi” idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb, “Toyota” isə yanıb.

Qəza nəticəsində “Mitsubishi”nin sərnişini, 1971-ci il təvəllüdlü qadın yerindəcə dünyasını dəyişib, sürücü və daha bir sərnişin isə xəsarət alıb. “Toyota”nın sahibi və onun üç sərnişini də yaralanıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.  

Polisin apardığı araşdırma zamanı “Toyota Camry” markalı avtomobilin sürücüsü 2006-cı il təvəllüdlü gənc olduğu məlum olub. Bundan əlavə onun sürücülük vəsiqəsi olmayıb.

 

Namiq Musayev

Seçilən
9
1
avtosfer.az

2Mənbələr