AZ

Bu iki dövlət Çinə qarşı gizli hərbi ittifaq qurur – ABŞ da işin içində! Hədəf...

Cənubi Atlantikdə böyük geosiyasi intriqa yetişir.

Musavat.com xəbər verir ki, The Economist-in yaydığı məlumata görə, Böyük Britaniya ilə Argentina arasında gizli hərbi dialoqlar gedir və bu prosesin əsas məqsədi Çinin artan təsirini cilovlamaqdır. Maraqlıdır ki, bu plan Vaşinqtonun maraqlarına da tam uyğun gəlir, çünki ABŞ Cənubi Atlantikanı strateji baxımdan mühüm bölgə hesab edir.

Niyə Cənubi Atlantika vacibdir?

Çünki bu region Antarktidaya çıxış nöqtəsidir. Hazırda həm Rusiya, həm də Çin orada 15 baza ilə təmsil olunub. Ərazi eyni zamanda Magellan boğazı vasitəsilə Sakit okeana bağlanır. Panama kanalında quraqlığın artması fonunda Magellan boğazı yeganə sabit dəniz yolu kimi ön plana çıxır.

Bundan əlavə, bölgədə Çinin qanunsuz balıqçılıq fəaliyyəti genişlənib, Pekin orada infrastruktur layihələrini də irəlilətməkdədir. Bu gedişatlar ABŞ-ın narahatlığını daha da artırıb. Elə bu səbəbdəndir ki, son iki il ərzində ABŞ-ın yüksək rütbəli generalları Argentinanın cənubunu üç dəfə ziyarət ediblər. Bu, Vaşinqtonun bölgədəki fəallığının və Pekinə qarşı alternativ planlar qurmasının açıq göstəricisidir. 

2f9559f5-8866-46cc-be7b-8b7acfd23040.jpeg

Əsas düyün nöqtəsi isə Foklend adalarıdır. Hazırda London və Buenos-Ayres bu mövzuda çevik diplomatiya tələb edən balans axtarırlar. Məqsəd həm qarşılıqlı maraqları təmin etmək, həm də bölgəni Çinin təsir dairəsindən uzaq saxlamaqdır.

Bu proseslər yeni bir Atlantik təhlükəsizlik oxunun formalaşmasına işarə edir və yaxın gələcəkdə daha çox sensasiyalı detalları üzə çıxara bilər.

 

Musavat.com

Seçilən
10
2
musavat.com

10Mənbələr