UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsi çərçivəsində 10 matç keçirilib.
Mövsümün ilk görüşü Finlandiyada baş tutub, yerli KuPS "Milsami"ni çətinliklə də olsa, məğlub edib.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniya "Eqnatiya"sı isə İslandiya "Breydablik"i ilə mübarizədən çətin qələbə ilə ayrılıb. Millimizin üzvü meydana çıxmaq şansı qazanmayıb.
Mərhələnin digər 4 oyunu iyulun 9-da olacaq. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - "Şelburn"la (İrlandiya) "Linfild" (Şimali İrlandiya) də sabah qarşılaşacaqlar.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
8 iyul
KuPS (Finlandiya) – Milsami (Moldova) 1:0
İberiya 1999 (Gürcüstan) - Malmö (İsveç) 1:3
Noa (Ermənistan) - Buduçnost (Monteneqro) 1:0
Levadiya (Estoniya) - RFS (Latviya) 0:1
Olimpiya (Sloveniya) - Kayrat (Qazaxıstan) 1:1
Drita (Kosovo) - Differdanj (Lüksemburq) 1:0
TNS (Uels) - Şkendiya (Şimali Makedoniya) 0:0
Vikinqur (Farer adaları) - Linkoln (Cəbəllütariq) 2:3
Eqnatiya (Albaniya) - Breydablik (İslandiya) 1:0
Virtus (San Marino) - Zrinski (Bosniya və Herseqovina) 0:2