AZ

Epşteynin kamerasındakı “itən dəqiqə” MÜƏMMASI – ABŞ hakimiyyəti İŞƏ QARIŞDI

Amerikalı milyarder Cefri Epşteynin kamerasından yayımlanan videoda bir dəqiqəlik görüntünün yoxa çıxması ABŞ-da müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Beast” nəşri məlumat yayıb.

Xatırladaq ki, Epşteyn dünya elitası üçün təşkil edilən cinsi xarakterli əyləncə gecələri ilə əlaqəli qalmaqalda əsas fiqur kimi tanınırdı və 2019-cu ildə ABŞ-da həbsdə olarkən intihar etdiyi bildirilmişdi.

Ağ Evdə keçirilən brifinqdə jurnalistlər ABŞ Baş prokurorluğu tərəfindən yayımlanan videoda nədən bir dəqiqəlik kadrın çatışmadığını soruşublar. Baş prokurorun sözlərinə görə, “hər gecə köhnə videonəzarət sistemi dövrə vuranda bir dəqiqəlik görüntü itir”.

Sosial şəbəkələrdə isə bu “itkin dəqiqə” mövzusu artıq bir sıra memlərə səbəb olub. Süni intellekt texnologiyalarının köməyi ilə hazırlanmış təsvirlərdə guya həmin kadrda Epşteynin kamerasına Donald Tramp, Bill və Hillari Klinton cütlüyü, eləcə də Bill Qeytsin “daxil olduğu” göstərilir. Bu şəxslərin adı əvvəllər “Epşteynin siyahısı” kimi tanınan iddialarda hallanırdı.

ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FBI) yaxın günlərdə yaydığı açıqlamada Epşteynin həqiqətən intihar etdiyini və “illərlə dolaşan sui-qəsd nəzəriyyələrinin doğru olmadığını” bildirib. Eləcə də “müştəri siyahısı”nın mövcud olmadığı vurğulanıb.

Qeyd edək ki, bu mövzuya son günlərdə İlon Mask da toxunub. O, Epşteynin adasına Donald Tramp və onun keçmiş müşaviri Stiven Bennonun da getdiyini iddia etmişdi.

 

 

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr