AZ

Ağdam-Füzuli yolunda avtobus aşdı - Çox sayda yaralı var

İyulun 9-u saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.



Seçilən
47
22
news24.az

10Mənbələr