AZ

Yeraltı dayanacaqlarda təhlükəsizlik “Kapital Security”yə həvalə olundu

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi yeraltı avtomobil dayanacağı komplekslərində mühafizə xidmətlərinin satınalınması məqsədilə keçirdiyi tenderə yekun vurub.

Ağdamda 615 min manatlıq üç layihə üzrə tender elan olunub - DETALLAR

Tenderin qalibi “Kapital Security” QSC olub. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 277.238,07 AZN təşkil edir.

Satınalma çərçivəsində mühafizə xidmətləri iki fərqli yeraltı avtomobil dayanacağı kompleksini əhatə edir:

  • Neftçilər prospektində, Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağı üçün xidmətlər 2 keşikçi postunda, hər postda 3 mühafizəçi olmaqla, 24/7 rejimində, 12 ay müddətində həyata keçiriləcək.

  • Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında yerləşən yeraltı dayanacaqda isə xidmətlər 4 keşikçi postunda, hər postda 3 mühafizəçi olmaqla, yenə 24/7 rejimində12 ay müddətində göstəriləcək.

Seçilən
33
fed.az

1Mənbələr