AZ

TFF legioner limitində düzəliş etdi

Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsümdə superliqada tətbiq olunacaq legioner limitində müəyyən düzəlişlər edib.

Məlum olduğu kimi 2025/26 mövsümündə elita təmsilçilərinə iştirak ərizəsinə maksimum 14 əcnəbi futbolçunun adını salmaq hüququ veriləcək. Ancaq bu 14 futbolçudan ən azı 2-si 2003-cü il 1 yanvar tarixindən sonra doğulan oyunçular olmalı idi.

Bu qərar ''Trabzonspor'' başda olmaqla bir sıra klublar üçün çətinlik yaradırdı. Bunu son açıqlamasında qaradənizlilərin çalışdırıcısı Fatih Təkkə də dilə gətirmişdi. Federasiya klubların narazılığını nəzərə alaraq qərarı dəyişib. Artıq 14 futbolçudan 2-si 2003 yox, 2002-ci 1 yanvardan sonrakı tarixdə doğulmalıdı. Məsələn, ''Trabzonspor'' artıq 2003 təvəllüdlü əcnəbi futbolçu axtarmaq məcburiyyətində qalmayacaq.

Hazırda bu komandada yer alan Arseni Bataqov və yeni transfer Vaqner Pina 2002-ci il təvəllüdlü olduqları üçün qaradənizlilərin heyəti artıq TFF-nin tələbinə uyğundu.

Seçilən
6
1
football-plus.az

2Mənbələr