AZ

ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı ildə neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Trend:

ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) proqnozuna əsasən,2026-cı ildə Azərbaycan neft hasilatı günlük 0,54 milyon barreltəşkil edəcək.

Trend xəbər verirki, Azərbaycanda xam neftin hasilat həcmi ilə bağlı proqnozlarəvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişilməz olaraq qalıb.

Gözləntilərə əsasən, 2026-cı ildə hasilat birinci rübdə günə0,55 milyon barrel səviyyəsində başlayacaq və ikinci rübdə günə0,54 milyon barrelə qədər azalacaq, üçüncü və dördüncü rüblərdə isəbu göstərici gündəlik 0,53 milyon barrelə enəcək.

2025-ci ildə EIA gündəlik orta hasilatın 0,57 milyon barrelsəviyyəsində olacağını proqnozlaşdırır. Bu göstəricinin ilinbirinci və ikinci rübündə əldə edildiyi qiymətləndirilir, lakinilin ikinci yarısında xəfif - gündəlik 0,56 milyon barrelə qədərazalma gözlənilir.

Yanvar–aprel ayları üzrə operativ məlumatlara əsasən,kondensatla birlikdə neft hasilatı 9,1 milyon ton təşkil edib,ixrac isə 7,8 milyon ton olub. Eyni dövrdə 16,7 milyard kubmetr qazhasil olunub, bunun 8 milyard kubmetri ixraca yönəldilib.

Məqalədə:
Seçilən
35
3
az.trend.az

4Mənbələr