Bakı. Trend:
İsrailin İrana 12 günlük hərbi hava hücumları nəticəsində 700-yəyaxın mülki vətəndaş ölüb.
Trend-inməlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsilnaziri Məhəmməd Rza Zəfərqəndi yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, ölkə əleyhinə hərbi hava hücumlarınəticəsində, həmçinin, 18 tibb işçisi, o cümlədən, 6 həkimölüb.
Zəfərqəndi deyib ki, qeyd olunan müddətdə İsrail İranın 7xəstəxanasını vurub. Bəzi tibb mərkəzləri fövqəladə hallara görəboşaldılıb. Həmçinin, 11 təcili yardım maşını vurulub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.