“Qalatasaray” Viktor Osimhenin transferi ilə bağlı “Napoli” ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” 26 yaşlı nigeriyalı üçün 75 milyon avro ödəyəcək. Futbolçu illik 16 milyon avro maaşla 4 illik müqavilə imzalayacaq.
2024/25 mövsümündə Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edib. O, 30 matçda 26 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.