AZ

“Öz tantuni”də hadisə Xadimə aşpazın qızılını oğurladı

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Öz Tantuni” restoranında oğurluq hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, restoranda xadimə işləyən qadın iş yoldaşı olan aşpaz xanımın qızıl boyunbağısını oğurlayıb.

Hadisə günü aşpaz xanımın boyunbağısı qırıldığı üçün mətbəxdəki çantasına qoyub. Restorana yeni işə gələn xanım xadiməçi bunu görüb və qızılı götürüb. Axşam da işdən çıxaraq evə gedib. Qızıl boyunbağının çantada olmadığını görən aşpaz xanım xadiməçidən şübhələnib.

Xadiməçi hadisənin səhəri günü işə gəlmədiyi üçün oğurluğu onun törətdiyi məlum olub. Kamera görüntülərinə baxış keçirilən zaman çantadan qızılı onun götürdüyü müəyyən edilib. Hadisə barədə polisə məlumat verilib.

Qızıl geri qaytarılıb və zərərçəkmiş qadın şikayətçi olmadığını bildirib. Təqsirləndirilən 38 yaşlı xanım barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
2
tribunainfo.az

3Mənbələr