AZ

Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir - Ekspertdən açıqlama

Bakı.Trend:

Rəqəmsal ödənişlərin sürətlə artdığı dövrdə kart oğurluğuhalları da çoxalmaqdadır.

Texno-ekspert İlqar Şabanov Trend-ə açıqlamasında bildirib ki, bank kartıməlumatlarının oğurlanması həm fiziki cihazlar, həm də kiberfırıldaqçılıq üsulları ilə mümkün olur.

Onun sözlərinə görə, kart oğurluğu, əsasən, bu yollarla həyatakeçirilir:

"Məsələn, fiziki ATM və POS terminallarına gizli "skimming"qurğuları yerləşdirilərək, kart məlumatları kopyalana bilər. Bundanəlavə, bank adı ilə göndərilən saxta SMS və e-poçt vasitəsiləistifadəçilər aldadılır, məlumatları fırıldaqçılara ötürülür.

Eyni zamanda, telefon və ya kompüterə yüklənən zərərliproqramlar kart məlumatlarını oğurlamaqda geniş istifadə olunur.Sosial mühəndislik üsulları ilə fırıldaqçılar özlərini bank işçisikimi təqdim edərək, birbaşa istifadəçidən məlumat almağaçalışırlar. İnternetdə isə etibarsız saytlar vasitəsilə onlaynalış-veriş zamanı kart məlumatlarının sızdırılması hallarıçoxalıb".

Ekspert tövsiyə edir ki, kart məlumatlarınızı paylaşmayın,yalnız rəsmi saytlardan istifadə edin, bildirişləri aktiv saxlayınvə bankla birbaşa əlaqə saxlamadan heç bir məlumat verməyin.

Seçilən
1
3
az.trend.az

4Mənbələr