“Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında uşaqlar üçün nəzərdə tutulmuş qamburgerin içindən yararsız ət çıxıb.
Pravda.az xəbər verir ki, bu barədə restoranın müştərilərindən biri sosial şəbəkələrdə şikayət paylaşıb.
“Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik yaşlı qızıma uşaqlar uçun nəzərdə tutulan qamburger sifariş etmişik. İçindən çıxana baxın. Görün ətin içinə nələr qatırlar”, - o bildirib.
Pravda.az məsələni aydınlaşdırmaq üçün “Mado”ya sorğu ünvanlayıb.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni araşdırır.
Aytəkin Qardaşova
Tarix: 9 İyul 2025, 12:42