AZ

Astaranın dörd kəndində qaz kəsiləcək

Bakı. Trend:

İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaztəchizatı dayandırılacaq.

Trend xəbərverir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Məlumata görə, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qazpaylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərinitəbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qazkəmərinin kipliyə sınağı keçiriləcək.

Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başaçatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxilolmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaztəchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Seçilən
195
18
az.trend.az

7Mənbələr