AZ

Şərqi Aralıq dənizində təxribatlara cavab veriləcək - Gülər

BAKI, TurkicWorld

Egey və Şərqi Aralıq dənizində hüquqlarımızı pozan heç bir nəticəyə icazə verilməyəcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Yunanıstanın Egey dənizindəki fəaliyyətləri ilə bağlı açıqlama verib.

O bildirib ki, Yunanıstanın Egey və Şərqi Aralıq dənizində Türkiyənin hüquqlarını və maraqlarını pozan hərəkətləri diqqətlə izlənilir və bunlara qarşı lazım olan cavablar həm sahədə, həm də diplomatik kanallarla verilir.

Nazir Gülər bu fikirləri İYİ Partiya Bursa millət vəkili Yüksel Səlcuq Türkoğlunun Yunanıstanın Egey dənizində quru sularını 12 milə qədər uzatmaq niyyəti ilə bağlı parlament sorğusuna yazılı cavabında ifadə edib.

“Milli Müdafiə Nazirliyi Yunanıstanın bölgədə beynəlxalq hüququ pozan hər bir addımını diqqətlə izləyir və dərhal reaksiyalar verir. Egey və Şərqi Aralıq dənizində ölkəmizin hüquq və mənafelərini pozacaq heç bir nəticəyə icazə verilmir.” - deyə O bildirib.

Nazir əlavə edib ki, bu məsələlərdə Xarici İşlər Nazirliyi ilə koordinasiya təmin olunur və diplomatik səviyyədə Yunanıstan tərəfinə münasibət bildirilməkdədir.

Seçilən
370
26
turkic.world

10Mənbələr