AZ

Qrossi : Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər

Almaniya nüvə silahı əldə etmək üçün lazım olan bütün imkanlara malikdir və bunu bir neçə ay ərzində reallaşdıra bilər.

Operativ Media xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

“Almanların kifayət qədər nüvə materialı və texnologiyası var. Necə edəcəklərini də bilirlər".

Qrossi həmçinin bildirib ki, hər kəsin nüvə silahına sahib ola biləcəyi bir dünya fəlakətə səbəb ola bilər.
 

Şəfa Hüseynli

Seçilən
16
1
operativmedia.az

2Mənbələr