Qrossi xatırladıb ki, 1991-ci ildə Ukrayna müstəqillik qazananda dünyada üçüncü ən böyük nüvə arsenalına malik olub. Üç il sonra Ukraynanın nüvə silahları Rusiyaya verilib.
“Bundan əlavə, o zaman artıq Rusiya ilə ABŞ arasında müqavilə imzalanmış müqaviləyə əsasən, SSRİ-nin nüvə arsenalı ruslara verilməli idi. Bu səbəbdən Ukrayna nüvə silahını Rusiyaya ötürməkdən imtina etsəydi, beynəlxalq birlik onun müstəqil dövlət kimi mövcud olmasına imkan verməzdi”, - MAQATE-nin rəhbəri vurğulayıb.
![]() |
İran MAQATE rəhbərini"persona non-grata"elan etdi |
Daha sonra məsləyə münasibət bildirən Rafael Qrossi deyib ki, baş verənlərlə bağlı məlumatlar təsdiqini taparsa, o zaman söhbət böyük AES yaxınlığında“tamamilə qəbuledilməz hücumdan” gedir. MAQATE-nin baş katibi bu cür hücumlara“dərhal son qoymağa”çağırıb.
Qeyd edək ki, son illər MAQATE-nin, xüsusilə də onun rəhbərinin daha çox siyasi oyunbazlıqla və Qərbədki güc mərkəzlərinin siyasi sifarişlərini yerinə yetirməklə məşğul olduğu barədə iddialar əhəmiyyətli dərəcədə artıb.
Yeri gəlmişkən, məhz bu prizmadan yanaşan İran Rafael Qrossini persona"non-qrata"elan edib.
Sahil İsgəndərov
AzVision.az