AZ

İran Trampı öldürmək üçün pul toplayır: 27 milyon dollar yığılıb

12 günlük İsrail-İran müharibəsindən sonra İranda ABŞ prezidenti Donald Trampın qətlə yetirilməsi üçün yeni bir kampaniya başlayıb.

Tribunainfo.az xəbər verir ki, din xadimlərinin fətvası fonunda başlayan kampaniya, artıq pul toplanması mərhələsinə qədəm qoyub.

Belə ki, “Qəssəme xun” (“Qisas andı”) saytı ABŞ prezidenti Donald Trampı “öldürmək üçün vəsait toplamaq” kampaniyasına başlayıb. Bildirilib ki, kampaniya çərçivəsində indiyədək 27 milyon dollardan çox pul toplanıb.

Məlumata görə, bu təşəbbüsə SEPAH-a bağlı “Fars” xəbər agentliyi də açıq dəstək verib. “İran və digər ölkələrdəki din xadimləri Qərb dövlətlərinin səfirlikləri qarşısında və şəhərlərin mərkəzi meydanlarında etiraz aksiyaları keçirməlidirlər. Məqsəd ABŞ-nin ali siyasi simvollarına qarşı hədə yönlü təzyiq göstərmək və Xameneiyə dəstək nümayiş etdirməkdir”.

Fərda Uğur 

Seçilən
42
tribunainfo.az

1Mənbələr