İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə yaxınlaşıb, yeganə həll olunmamış problem İsrail Müdafiə Qüvvələrinin anklavdakı statusu və mövcudluğudur.
Bakues.az Britaniyanın “Sky News” telekanalına istinadən xəbər verir ki, tərəflər Qəzzaya humanitar yardımın çatdırılması prosesi və HƏMAS-ın 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair Amerika zəmanəti tələbi kimi digər məsələlərdə də əhəmiyyətli fikir ayrılıqlarını həll edə biliblər.
Məlumata görə, İsrail ordusunun geri çəkiləcəyi bölgələrə humanitar yardımların çatdırılması üçün nə İsrailin, nə də HƏMAS-ın nəzarətində olmayan üçüncü tərəf təşkilatından istifadə ediləcək.
Asim