AZ

Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Bakı, 9 iyul, AZƏRTAC

Paytaxtın Nizami rayonunda bir nəfərin içərisində 1500 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı K. Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Seçilən
47
9
azertag.az

10Mənbələr