Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov 9-cu OPEC BeynəlxalqSeminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf vərifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib.
TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, sessiyadaAzərbaycanın enerji trilemmasında - təchizatın təhlükəsizliyi,əlçatanlıq və dayanıqlılıq arasında balansın qorunmasında, xüsusiləAvropaya neft - qaz təchizatında oynadığı rolundan danışılıb.
Azərbaycanın hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qazilə təchiz etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan qazıhazırda Gürcüstanda qaz istehlakının 78%-ni, Bolqarıstanda 50%-dənçoxunu, Yunanıstanda 18%-ni, İtaliyada təxminən 16%-ni, Türkiyədəisə 18,5%-ni təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayanölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbimövcuddur. Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qazpotensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayabilər, lakin bu potensialın tam reallaşması investisiya vəuzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə,yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bubaxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarlabirlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədərəlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə vəquruda perspektivli strukturlar üzrə işlər aparılır.
Nazir 2050-ci ilə qədər enerji balansında neft-qazın payının53%-dən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerjiresurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdətəchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb:“Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və butendensiyanın gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahəyəinvestisiyalar təxirə salınmamalıdır. Davamlı enerji təchizatısərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayəninazalması gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətiribçıxara bilər”, - deyə nazir əlavə edib.