Binəqədi Rayon Məhkəməsində həbsdə olan daha bir QHT sədrinin həbs müddəti uzadılıb.
Yenisabah.az xəbər verir ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun həbs müddətinə 3 ay əlavə edilib.
O bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. pizza
A. Əhmədova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Binəqədi Rayon Məhkəməsi bu gün "Benefisiar" Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlı və "İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpayın da həbs müddətlərini 3 ay uzadıb.
Telegram kanalımız