AZ

Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO


"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Sabirabad rayon sakinləri ilə görüş keçirilib.

Görüşdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin məsləhətçisi Seymur Əşrəfli, Sabirababad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, 67 saylı Sabirabad Seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov, Vəkillər kollegiyasının üzvləri və 25 sakin iştirak edib. Sabirabad Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında 67 saylı Sabirabad Seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri cənab Əhliman Əmiraslanovun təşəbbüsü və Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad Rayon Təşkilatının təşkilatçılığı ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər. Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

ZÜMRÜD

phrase_var_article.chosen
51
2
baki-xeber.com

4phrase_var_article.sources