AZ

Nigeriyalı hücumçu üçün 75 milyon avro təklif etdi - “Qalatasaray”

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Qalatasaray”da davam etdirməyə ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu klub rəhbərliyinə müraciət edərək, İstanbul təmsilçisinə keçmək istədiyini bildirib.

Türkiyə çempionu 26 yaşlı forvard üçün 75 milyon avro təklif edib. O, artıq “Qalatasaray”la 2028-ci ilədək nəzərdə tutulan və avtomatik uzadılma imkanı olan şəxsi müqaviləni razılaşdırıb.

Osimhen son mövsümdə “Qalatasaray”da icarə əsasında çıxış edib və klubun oyun sisteminə uğurla uyğunlaşıb. Onunla “Əl-Hilal”, “Yuventus” və İngiltərənin bir neçə top-klubu da maraqlanır.

Seçilən
32
3
sportinfo.az

10Mənbələr