AZ

Ermənistanda müxalif deputat həbs edildi

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasından olan deputatı Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat yayıb.

Məlumata görə, Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verilib.

Xatırladaq ki, o, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilmişdi. Sarkisyan konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunub.

Seçilən
43
11
publika.az

10Mənbələr