AZ

Baku TV nin direktoru: Söz filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün fürsətdir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Söz" sənədli filminin beynəlxalq müsabiqələrdə qalib gəlməsi Baku TV komandasının peşəkarlığının və zəhmətinin nəticəsidir".

Oxu.Az xəbər verir ki, bunu filmin təqdimat mərasimində çıxışı zamanı Baku TV-nin direktoru Ramin Cəfərov deyib.

O bildirib ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin iştirak etdiyi "Accolade Global Film Competition"da mükafata layiq görülüb. Bundan başqa, film "Roma Prisma Film Awards" beynəlxalq müsabiqəsinin də finalçısı olub.

"Los-Ancelesdə güclü erməni diasporu var və onlar bizə daim maneələr yaradıblar. Lakin bu festivalda biz qalib gəldik. Bu film sübut etdi ki, biz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində güclüyük. Bu uğur yalnız Baku TV-nin deyil, bütün Azərbaycanın uğurudur", - deyə Ramin Cəfərov vurğulayıb.

Direktor əlavə edib ki, Qarabağ mövzusunu əhatə edən bu sənədli filmin beynəlxalq aləmdə tanınması və yüksək qiymətləndirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addımdır.

"Bu film bizə bir qədər də doğmadır. Çünki baş qəhrəmanı Ələkbər Baku TV-nin əməkdaşıdır. Filmdə onun müharibəyə qədərki həyatı, 44 günlük Vətən müharibəsi zamanı yaşadıqları və Zəfərdən sonrakı emosional durumu öz dili ilə təqdim olunur. Bu ekran əsəri təkcə bir insanın deyil, bütövlükdə Azərbaycan xalqının o dövrdə keçdiyi yolun ümumiləşdirilmiş obrazıdır", - deyə o qeyd edib.

R.Cəfərov çıxışında, həmçinin Baku TV-nin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi fəaliyyətə də toxunub. Onun sözlərinə görə, müharibə dövründə telekanal həm informasiya cəbhəsində fəal mövqe tutub, həm də çoxsaylı media orqanları üçün əsas istinad mənbələrindən birinə çevrilib.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
oxu.az

1Mənbələr