ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.
Baku TV-nin "Yeni bir səhər" verilişində əmlak eksperti Elnur Azadovla bu mövzu müzakirə edilib.
Ekspert qeyd edib ki, hər il daşınmaz əmlak qiymətlərinin artması onların kirayəsinin də bahalaşmasına səbəb olur:
"Koronovirus pandemiyasından sonra bağ evlərinə tələbat artdı. Bahalaşma daha çox populyar ərazilərdə müşahidə olunur. Mərdəkan, Buzovna, Bilgəhdə, bölgələrdən isə Şamaxı, İsmayıllı, Quba və Qusarda bağ evlərinə tələbat yüksəkdir", - deyə E.Azadov əlavə edib.
Daha ətraflı süjetdə:
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.