Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.
Valyuta.az xəbər verir ki, əmlak eksperti Elnur Azadovla bu mövzu müzakirə edilib.
Ekspert qeyd edib ki, hər il daşınmaz əmlak qiymətlərinin artması onların kirayəsinin də bahalaşmasına səbəb olur:
"Koronovirus pandemiyasından sonra bağ evlərinə tələbat artdı. Bahalaşma daha çox populyar ərazilərdə müşahidə olunur. Mərdəkan, Buzovna, Bilgəhdə, bölgələrdən isə Şamaxı, İsmayıllı, Quba və Qusarda bağ evlərinə tələbat yüksəkdir", - deyə E.Azadov əlavə edib.