“Bülbülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin iyulun 10-da hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, bu səbəbdən Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.