Gəncədə minik maşını aşıb, xəsarət alan var.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1 qadın xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov