Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü H. Huseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.