AZ

BƏƏ prezidenti Paşinyanla görüşdü

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BƏƏ-də işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Bildirilir ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

BƏƏ prezidenti Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini söyləyib.

Seçilən
37
5
publika.az

7Mənbələr