Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) - “Linfild” (Şimali İrlandiya) ilk oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, komandalar Dublindəki “Tolka Park” stadionunda üz-üzə gəliblər.
Matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 58-ci dəqiqədə Ademipo Odubeko vurub.
Cavab oyunu isə iyulun 16-da Belfastdakı "Windsor Park" arenasında keçiriləcək.
“Şelburn” və “Linfild” arasındakı görüşlər yalnız bu komandaar üçün yox, həmçinin Azərbaycan təmsilçisi "Qarabağ" üçün də önəmlidir.
Belə ki, cütün qalibi 2-ci təsnifat mərhələsində Ağdam klubuna rəqib olacaq.
ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.