AZ

Bu müavinət alimentlə birlikdə verilə bilər

Boşanmış valideynlərin azyaşlı və əlil uşaqları olduqda, həm aliment, həm də sosial müavinət məsələsi gündəmə gəlir. Bu zaman tez-tez belə bir sual yaranır: ana həm alimenti, həm də sosial müavinəti eyni anda ala bilərmi, yoxsa biri veriləndə digəri azaldılır?

Hüquqşünas Ramil Süleymanov metbuat.az-a açıqlamasında bildirib ki, sosial müavinət 18 yaşına qədər əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bu müavinətin əsas məqsədi dövlətin əlil uşaqların saxlanılması üçün ailələrə göstərdiyi maddi dəstəyi ifadə etməkdir:

"Əgər valideynlər arasında boşanma baş verərsə, uşağın saxlanılması və onun maddi təminatı valideynin üzərinə düşən bir öhdəlik olaraq qalır. Məhkəmə qətnaməsi də məhz bu məsələni tənzimləməyə yönəlib. Əgər uşağın xəstəliyi səbəbilə dövlət tərəfindən verilən sosial müavinət kifayət etmirsə, uşaq hansı valideynin himayəsindədirsə, həmin şəxs məhkəməyə sənədlərlə birlikdə iddia ərizəsi təqdim edərək digər valideyni uşağın saxlanılması ilə bağlı əlavə xərclərə cəlb olunması üçün məsuliyyətə cəlb edə bilər. Bu halda həmin xərclərin yarısını digər valideyndən tələb etmək tam qanunidir".

R.Süleymanov qeyd edib ki, ata istənilən halda aliment ödəməlidir. Aliment uşağın ümumi saxlanmasına görə verilir, müavinət isə dövlət tərəfindən əlilliyə görə ödənilən bir dəstəkdir.

Seçilən
9
4
musavat.com

5Mənbələr