Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Axar.az xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.