AZ

Müxalif partiyanın ofisində AXTARIŞ

Yazını böyüt
Yazını kiçilt

Fransada 20-yə yaxın polis və 2 müstəntiq ultra-sağçı Milli Birlik (RN) partiyasının mənzil-qərargahında axtarış aparıb. Partiyanın sədri Jordan Bardella "X" sosial şəbəkəsindəki səhifəsində bu axtarışı təqib əməliyyatı adlandırıb və onu pisləyib.

Adıçəkilən partiyanın sədri bildirib ki, maliyyə briqadasının gülləkeçirməz jilet geyinmiş 20-yə yaxın silahlı polis zabiti ilə birlikdə iki müstəntiqi səhər saatlarında əməliyyata başlayıblar.

Bu axtarış Avropa Baş Prokurorluğunun 2019-2024-cü illər arasında Avropa fondlarında 4,3 milyon avrodan çox vəsaitdən qeyri-qanuni istifadə etməkdə şübhəli bilinən Milli Birlik (RN) və onun Avropa Parlamentindəki bir neçə ifrat sağçı müttəfiqlərini hədəf alan istintaq açıldığı vaxta təsadüf edir. Jordan Bardella bu əməliyyatı möhtəşəm və görünməmiş adlandıraraq, plüralizm və demokratik dəyişikliklərə ciddi hücum hesab edib və yeni təqib əməliyyatını pisləyib. O, bunu növbədənkənar parlament seçkilərindən sonra gərgin siyasi kontekstdə əsas müxalifət partiyasını hədəfə alan sərt hücum kimi xarakterizə edib.

Seçilən
12
1
hafta.az

3Mənbələr