AZ

​"Fənərbaxça" tarixi transferə imza atdı

"Fənərbaxça"nın "Əl-Nəssr”dən transfer etdiyi Con Duranın müqaviləsi ilə bağlı detallar məlum olub. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" futbolçunu 1 illik icarə əsasında heyətinə qatıb. Müqavilədə "Fənərbaxça"nın futbolçunu transfer etmək hüququ yoxdur. Bildirilir ki, "Fənərbaxça" “Əl-Nəssr” klubunda illik 20 milyon avro qazanan Duranın bütün məvacibini ödəyəcək. Bu Türkiyə futbol tarixinin ən yüksək məvacibi hesab edilir. İddia edilir ki, "Fənərbaxça" icarə haqqı üçün "Əl-Nəssr”ə 12 milyon avro, futbolçunun menecerinə 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Con Duran “Aston Villa”dan “Əl-Nəssr” klubuna 77 milyon avroya transfer edilmişdi.

Seçilən
29
19
metbuat.az

10Mənbələr