Bu gün Bakının Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı dayandırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
Məlumata görə, "Bül-Bülə" və "Yeni Suraxanı" qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.