AZ

Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək


İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. İştirakçılar iyulun 3-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Mətləb

Seçilən
2
17
baki-xeber.com

10Mənbələr