AZ

İstehlakçılar “ƏDV geri al” layihəsindən faydalanmaqda davam edirlər

Bakı, 10 iyul, AZƏRTAC

2025-ci ilin yanvar – iyun ayları ərzində Azərbaycan ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi 94 milyon manata yaxın olub.

Bu barədə AZƏRTAC-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yanvar - iyun ayları ərzində xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 4 milyon 889 min manat təşkil edib.

Seçilən
29
18
azertag.az

10Mənbələr