AZ

SOCAR-ın prezidenti Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib (FOTO)

Bakı. Trend:

9 iyul 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən NəcəfAvstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalqseminarında iştirak edib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, dünyanın qabaqcılenerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinədair müzakirələr üçün mühüm platformaya çevrilən seminarçərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib vəikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi”mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edənRövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə vəiqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsininvacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanınenerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi vədavamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədəməlumat verib.

Rövşən Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin başicraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarəHeyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin başicraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçıdirektoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib.Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıqimkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrəfikir mübadiləsi aparılıb.

SOCAR-ın
SOCAR-ın
SOCAR-ın
Məqalədə:
Seçilən
84
10
az.trend.az

6Mənbələr